Rusiyaya getmək istəyənlərə XƏBƏRDARLIQ

16.10.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin 2026-2030-cu illər üçün Dövlət Miqrasiya Siyasətinin yeni Konsepsiyası təsdiqləyib. 
Ölkə.az xəbər verir ki, sənəd 2018-ci ildən bu ilin sonuna qədər qüvvədə olan mövcud siyasəti əvəz edəcək.
Sənəddə əcnəbi vətəndaşların ölkəyə giriş-çıxışının, onların qalma şərtlərinin, miqrasiya qeydiyyatının, müvəqqəti sığınacaq verilməsinin, vətəndaşlığın alınmasının tənzimlənməsi təcrübəsi nəzərə alınıb.
Konsepsiyada həmçinin deyilir:
•    ənənəvi dəyərləri bölüşən və Rusiyaya köçən əcnəbilərin sayı artmalıdır;
•    Rusiyada məktəbə getməyən əcnəbi uşaqların sayı azalmalıdır;
•    Hakimiyyət miqrantların işsiz və təhsili olmayan ailə üzvlərinin Rusiyada qalmasını məhdudlaşdıracaq;
•    Rusiya hakimiyyəti etnik anklavların formalaşmasına və miqrantların marginallaşmasına qarşı tədbirlər görəcək;
•    Rusiya miqrasiya sahəsində dövlət nəzarəti üçün İT və biometrikanı geniş şəkildə tətbiq edəcək.
2030-cu ilə qədər Rusiyada qeyri-qanuni yaşayan əcnəbilərin sayını azaltmaq, onlarla bağlı cinayətlərin səviyyəsini azaltmaq, Rusiya universitetlərində əcnəbi tələbələrin nisbətini artırmaq planlaşdırılır.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью