Rusiyaya görə Aİ yə üzvlük prosesinə dair qanun ləğv edilməyəcək Paşinyan

26.11.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanunun ləğvini mümkün hesab etmir. 

525.az xəbər verir ki, bu barədə Paşinyan Rusiyanın təsiri ilə Ermənistanın bu qanundan imtinası ehtimalını şərh edərkən deyib.

“Bu qanunun ləğv edilməsini mümkün hesab etmirəm. Qanun vətəndaş təşəbbüsü əsasında qəbul edilib, seçkilər keçirilib və Ermənistan Respublikasının vətəndaşlarının əksəriyyəti bu qanunun lehinə səs verib”, - o bildirib.

Nikol Paşinyan Ermənistanın Rusiya ilə münasibətlərinə də toxunub:

“Biz düşünürük ki, Rusiyaya zərər verməməliyik, Rusiya da bizə zərər verməməlidir, əksinə, suveren ölkələrimiz var və suverenliyimiz bizim üçün vacibdir".

Qeyd edək ki, daha əvvəl Nikol Paşinyan dekabr ayında müxtəlif tədbirlərdə iştirak etmək və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün üç dəfə Rusiyaya səfər edəcəyini açıqlayıb.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью