Rusiyaya görə gecələr yata bilmir...

01.07.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Rusiya NATO üçün əsas təhlükədir, buna görə gecələr rahat yata bilmirəm”.

Redaktor.az xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Adətən gecələr yatmağa çalışıram. Amma məni yuxusuz qoyan bir şey varsa, o da Rusiyadır. Çin də hərbi potensialını sürətlə artırır, onun 2030-cu ilə qədər 1 000 nüvə başlığına sahib olacağı gözlənilir. Buna görə də Çinlə bağlı da sadəlövh olmamalıyıq. Amma uzunmüddətli perspektivdə üzləşdiyimiz əsas təhdid yenə də Rusiyadır”, - o bildirib.

Rutte əlavə edib ki, alyansın əsas prioritetlərindən biri Ukraynaya dəstəyin davam etdirilməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью