Rusiyaya gürcü içkilərinin idxalı dayandı Zaxarovadan açıqlama

22.10.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Rusiyaya bir sıra gürcü içkilərinin idxalının qadağan edilməsi məqsədyönlüdür.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, Gürcüstanın bəzi içkilərinin Rusiyaya idxalına qoyulan məhdudiyyətlərin məqsədyönlü olduğunu və heç bir siyasi əsasının olmadığını bildirib.

Onun sözlərinə görə, tamamilə adi prosedurdan siyasi amillər yaratmağa və spekulyasiya etməyə necə cəhd göstərildiyini görürük:

"Deyə bilərəm ki, Rusiyaya onlarla Gürcüstan şirkəti məhsul idxal edir. Pozuntular yalnız bir neçə müəssisədə aşkar edilib. Qalan bütün şirkətlər bizim bazarda problemsiz fəaliyyətlərini davam etdirirlər. Bu bazar Gürcüstan üçün prioritetdir”.

Xatırladaq ki, Rusiya bəzi Gürcüstan şirkətlərinin məhsullarının idxalına qadağa qoyulduğunu açıqlayıb. 

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью