Rusiyaya hücum neftbazada yanğın başladı

31.12.2024

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynaya məxsus dronlar Rusiyanın Smolenskdəki yanacaq bazasına zərbə endirib.

Globalinfo.az xəbər verir ki, yanacaq bazasının yerləşdiyi ərazidə onlarla partlayış eşidilib. Bundan sonra isə ərazidə yanğın başlayıb.

Vilayətin qubernatoru Vasili Anoxin neft bazasına hücum edildiyini açıqlayıb. Onun dediyinə görə, neft bazasında yanğın vurulan PUA-nın qalıqları sayəsində yaranıb.

Qeyd edək ki, Smolensk vilayəti Rusiyanın qərbində Ukrayna ilə sərhəddən çox uzaqda yerləşir.

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью