Rusiyaya işləməyə gedənlərlə bağlı qalmaqallı təklif

30.05.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək miqrantlarını Rusiya ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, Rusiya Dövlət Dumasının "Yeni insanlar" fraksiyasının deputatları sözügedən təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Deputatların təklifinə əsasən, əmək miqrantları Rusiyada qanunvericiliyi pozduqları halda həmin depozit onların deportasiya xərclərini qarşılamağa xidmət etməlidir.

Deputatlar vurğulayıblar ki, 2024-cü ildə xarici vətəndaşların Rusiyadan deportasiyası üçün federal büdcənin xərcləri bir milyard rublu (21 milyon manatdan çox - red.) ötüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью