Rusiyaya kütləvi hücum: 95 PUA vuruldu

05.02.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hava hücumundan müdafiə sistemləri dünən gecə Rusiya ərazisində Ukrayna ordusuna məxsus 95 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 36 PUA Krasnodar diyarında, 27-si Rostov vilayətində, 21-i Azov dənizində, 8-i Belqorod vilayətində, ikisi Krım Respublikası üzərində və biri Volqoqrad vilayətində məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью