Rusiyaya kütləvi hücum: Neft bazası vuruldu

11.12.2024

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Dekabrın 11-də gecə Bryansk vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat yayıb.

Onun sözlərinə görə, PUA-lardan biri istehsal obyektinə düşüb və yanğın baş verib:

“Fövqəladə Hallar Nazirliyinin bölmələri yanğını söndürüb. Ümumilikdə hava hücumundan müdafiə sistemləri gecə ərzində 10 PUA zərərsizləşdiriblər”, - Boqomaz bildirib.

“Şot” Teleqram kanalının məlumatına görə, gecə saatlarında vilayətin Fokinsk rayonunda 6-10 arası partlayış eşidilib. Yerli sakinlər “ət kombinatı rayonu” adlandırılan ərazidəki neftayırma zavodunda yanğın baş verdiyini bildiriblər.

Ukraynanın “Dnepr” OSİNT kanalı PUA-ların “Transneft” neft bazasını vurduğunu yazıb.

Bundan başqa, hücum nəticəsində Sven qəsəbəsi ərazisində “Drujba” neft kəmərinin doldurma məntəqəsində də yanğının baş verdiyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью