Rusiyaya kütləvi PUA HÜCUMU Ukrayna Saratovu HƏDƏF ALDI

08.01.2025

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Saratov vilayəti və Engels şəhəri gecə saatlarında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

 Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin özünün “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, lakin sənaye müəssisələrindən birinə zərər dəyib:

“Saratov və Engels bu gecə PUA-ların kütləvi hücumuna məruz qalıb. Təhlükəsizliyin təmin olunmasına görə hərbçilərimizə təşəkkür edirəm. Sənaye müəssisələrindən birində ziyan qeydə alınıb. İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Hadisənin nəticələrinin aradan qaldırılması üçün təcili xidmətlər ərazidə fəaliyyət göstərir”.

Bundan əvvəl region rəhbəri bildirib ki, vurulmuş PUA-ların qalıqları Engelsdəki sənaye obyektinə düşüb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью