525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa rəsmilərinin çərşənbə günü verdiyi ilkin məlumata görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı ölkənin şərqində bir sahəyə düşüb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, dron gecə saatlarında Lubin vilayətinin şərqində yerləşən Osiny kəndində qarğıdalı sahəsinə düşərək yanğına səbəb olub. Hadisə Ukrayna sərhədindən 100 kilometrdən bir qədər aralıda, Belarusdan isə təxminən 90 kilometr məsafədə baş verib.
Xatırladaq ki, Polşa 2022-ci ildə Ukraynaya məxsus raketin təsadüfən ölkənin cənubundakı kəndə düşməsi və iki nəfərin ölümü ilə nəticələnən hadisədən sonra hava məkanına daxil olan obyektlərlə bağlı yüksək hazırlıq vəziyyətindədir.
Ləman İlkin