Rusiyaya məxsus helikopter vurulub

15.07.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Rusiyaya məxsus Mi-28 helikopterini vurduğunu açıqlayıb.

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Rusiyaya məxsus Mi-28 döyüş helikopterinin dron vasitəsilə vurulduğunu açıqlayıb.

Qüvvələrin komandanı Robert Brovdinin (Madyar) sözlərinə görə, hadisə səhər saatlarında Rusiyanın Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında baş verib.

Rusiya tərəfi hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью