Rusiyaya məxsus sərnişin təyyarəsi qəza siqnalı verdi

23.01.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tailandın Fuket (Phuket) şəhərindən Barnaul şəhərinə uçan Rusiyanın “Azur Air” şirkətinə məxsus “Boinq 757” sərnişin təyyarəsi Çinin Lançjou şəhərinə planlaşdırılmamış eniş etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə aviaşirkətin nümayəndəsi deyib.

Məlumata görə, təyyarə Çin hava məkanında olarkən təcili qəza vəziyyətini bildirən 7700 siqnalını verib.

Təyyarə Lançjouya eniş edəcək.

Qeyd edək ki, təyyarədə 238 nəfər var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью