Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın paytaxtı Tehran üzərində Rusiyaya məxsus Mi-28 hücum helikopterlərinin təqdimat uçuşu həyata keçirilib.
KONKRET.az xəbər verir ki, Moskvanın son hərbi-texniki transferləri çərçivəsində bu yaxınlarda Tehrana gətirilən helikopterlər şəhər səması üzərindən nümayiş məqsədilə uçuş ediblər.
Bildirilir ki, təqdimatda iştirak edən Mi-28 vertolyotları Rusiya tərəfindən Rusiyanın İrana hərbi dəstəyinin bir hissəsi kimi dəyərləndirilir və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndiyini göstərir.
Daha əvvəl İranın “Farhikhtegan” qəzeti Rusiya Hərbi Hava Qüvvələrinə məxsus ağır nəqliyyat təyyarələrinin İran səmasında uçuşları barədə məlumat yaymışdı. Qəzet hərbi analitiklərə istinadən yazırdı ki, bu təyyarələrin əsas yükü qabaqcıl Mi-28 hücum helikopterləri üçün nəzərdə tutulmuş ehtiyat hissələri olub.
Mütəxəssislərin fikrincə, bu cür təqdimatlar Moskva ilə Tehran arasında hərbi-texniki əməkdaşlığın yeni mərhələyə keçdiyini və regionda təhlükəsizlik balansına təsir göstərə biləcək addımların atıldığını göstərir.
Qeyd olunur ki, son dövrlər İran ilə Rusiya arasında müdafiə, silah tədarükü və texnologiya mübadiləsi sahəsində əlaqələr daha da intensivləşib.\\nocomment.az