Rusiyaya niyə zərbə endiririk? Tramp

16.12.2024

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə vermək qərarı səhvdir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

Tramp məsələyə yenidən baxa biləcəyini istisna etməyib:

"Raketlərin yüzlərlə mil məsafədən Rusiyaya göndərilməsi ilə qəti şəkildə razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni alovlandırıb onu daha da pisləşdiririk?"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью