Rusiyaya PUA hücumu: Neft bazasında güclü yanğın

05.02.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Krasnodar diyarında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində neft bazasında güclü yanğın baş verib.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yanğının əks olunduğu kadrlar paylaşılıb.

Regionun qubernatoru Veniamin Kondratyev bildirib ki, PUA-lardan birinin qalıqları neft məhsullarının olduğu çənə düşüb.

Yanğının söndürülməsinə 55 nəfər və 19 ədəd texnika cəlb olunub. İlkin məlumata görə, yanğın lokallaşdırılıb, xəsarət alan yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью