Rusiyaya qaçan Əsəd və ailəsinin Moskva limanından Fotosu

09.12.2024

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Suriyanın devrilmiş lideri Bəşər Əsəd və ailəsi Rusiyadan sığınacaq alıb və Moskvaya yerləşib.

Axar.az xəbər verir ki, Moskvaya təyyarə ilə gələn Bəşər Əsəd və ailəsinin hava limanından görüntüləri yayılıb.

Qeyd edək ki, 8 dekabrda səhər saatlarında “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirib. Bundan sonra Bəşər Əsədin İl-76 yük təyyarəsi ilə getdiyi, lakin Suriya ərazisini tərk etmədən radarlardan itdiyi bildirilmişdi. Əvvəlcə radarlardan itən təyyarənin vurulduğu və ya qəzaya uğradığı, Bəşər Əsədin isə öldüyü ehtimalı ortaya çıxsa da, sonradan radarları söndürərək uçan təyyarənin Moskvaya istiqamətləndiyi təsdiqləndi. Belə ki, Kreml Bəşər Əsədin Rusiyadan sığınacaq aldığını, nəhayət, media vasitəsilə elan etdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью