Rusiyaya qadağa qoyula bilər İki ölkədən təklif

26.08.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Avropa rusiyalı diplomatların Şengen zonasında sərbəst hərəkətini qadağan etməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski “Politico”ya müsahibəsində deyib.

“Mən bu məsələdə israr edəcəm”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, bu, təxribat əməliyyatlarını asanlaşdırmaq üçün istifadə olunan lazımsız üstünlükdür.

Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-Noel Barrot da bəyan etmişdi ki, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi çərçivəsində rus diplomatların Avropa İttifaqı (Aİ) ölkələri daxilində hərəkətini məhdudlaşdırmaq lazımdır.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью