Rusiyaya qarşı 15ci sanksiya paketi razılaşdırıldı

11.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 15-ci sanksiya paketi ilə bağlı siyasi razılıq əldə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” hesabında paylaşım edib.

O, Aİ səfirlərinin bu addımını alqışlayıb və artıq növbəti sanksiya paketi üzərində işə başlandığını vurğulayıb:

"Biz artıq növbəti paket üzərində işləyirik və Rusiya mesajımızı alana qədər davam edəcəyik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью