Rusiyaya qarşı 17 ci sanksiya paketi hazırlanır

23.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni 17-ci sanksiya paketi üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye brifinqdə bildirib.

"Artıq 16 sanksiya paketi qəbul etmişik və indi 17-ci paket üzərində iş gedir. Dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirləri Ukraynaya yardım üçün istifadə edirik", - o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin müttəfiqlərinə Ukraynada nizamlanma planı təqdim etdiyi, bu plana Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının daxil olduğu barədə məlumat verilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью