Rusiyaya qarşı 20 ci sanksiya paketini təsdiqlədilər

22.04.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Ukrayna üçün 90 milyard avroluq krediti və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-dəki Kipr nümayəndəliyi məlumat yayıb.

Sənədlər Aİ Xarici İşlər Şurası tərəfindən yekun təsdiq üçün yazılı prosedurdan keçəcək.

Yazılı prosedurun aprelin 23-də Aİ liderlərinin Kiprdəki görüşündə tamamlanması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью