Rusiyaya qarşı müharibə uğrunda Ukraynaya dəstək göstərməklə resursu tükənən Qərb sülh ist…
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Financial Times” Rusiya-Ukrayna müharibəsi ilə bağlı proqnozunu açıqlayıb.
Nəşrin proqnozuna görə, 2025-ci ildə Ukrayna ilə Rusiya arasında sülh razılaşması olacaq.
Belə ki, ABŞ prezidenti daha sərt sanksiyalarla hədələməli və Moskvanı ciddi şəkildə danışıqlara qoşulmağa inandırmaq üçün Amerikanın Kiyevə dəstəyini artırmalı olacaq.
ABŞ-ın müttəfiqləri Trampı Ukraynanın NATO-ya üzvlüyü məsələsini heç olmasa əvvəldən müzakirədən çıxarmamağa inandıracaqlar.
Volodimir Zelenski, ABŞ-ın dəstəyi ilə Avropanın təhlükəsizlik zəmanətləri müqabilində, Ukraynanın NATO-ya üzvlüyü sual altında olarkən, bəzi torpaq mübadilələri ilə hazırda işğal etdiyi torpaqlara Rusiyanın nəzarəti üzrə razılaşacaq.
“Financial Times”-dakı proqnoza görə, Trampın təzyiqilə Ukrayna torpaq itkilərinə və NATO-dan uzaq qalmağa məcbur olacaq.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, Rusiya-Ukrayna müharibəsinin Donald Tramp dönəmində bitiməsi ilə bağlı çox ciddi proqnozlar verilir.
Bu da təbii ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarında prezidentliyə namizəd olduğu dönəmdə seçki öncəsi verdiyi vədlərlə bağlı idi.
Tam oxu
Xəbəri oxu