Missiya.az saytına istinadən Icma.az xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov Rusiyaya qarşı kvazi və proksi müharibə aparıldığını bəyan edib.
Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu fikri “Müasir media: semantik strategiyalar və kadr hazırlığı” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirib.
“Müharibə davam edir. Ölkəmizə qarşı yarımmüharibə, Proksi müharibəsi... İstədiyiniz kimi adlandırın, amma o gələcək. Bu, xüsusi hərbi əməliyyat kimi başladı, lakin daha böyük, ən əsası bizim üçün, ölkəmiz üçün daha taleyüklü bir amilə çevrildi”, - Peskov qeyd edib.
Sözçü qeyd edib ki, xüsusi əməliyyatın keçirildiyi üç il ərzində Rusiya informasiya müharibəsi aparmaqda “irəli” olub. O əlavə edib ki, bu nailiyyət nəticəsində çətinliklərin öhdəsindən gələn istedadlı jurnalistlər və media xadimlərindən ibarət “pleyada” yetişib.
Zərintac Mayisqızı
Missiya.Az