Rusiyaya qarşı sanksiyalar digər ölkələrin şirkətlərini zərərlə üzləşdirib

27.05.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Avropa İttifaqı (Aİ) Rusiyanın neft ixracında mühüm rol oynayan yüzlərlə tankerə əlavə məhdudiyyətlər tətbiq edib. Bu, Aİ-nin qəbul etdiyi 17-ci sanksiyalar paketində yer alıb.
Reyting.az
xəbər verir ki, sanksiyalar çərçivəsində Türkiyədə yerləşən 6 şirkət də “qara siyahı”ya salınıb.
Sanksiya siyahısında polad ticarəti, mühəndislik və xarici ticarətlə məşğul olan türk şirkətlərinin dolayı yolla Rusiya hərbi sənayesinə töhfə verdiyi iddia olunur.
Sanksiyaya məruz qalan türk şirkətlərindən biri olan “CS Management and Support Services” artıq 15 yanvar 2025-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb. Xarici sərmayəçilərə Türkiyədə şirkətlər qurmağa vasitəçilik edən şirkət Rusiya ilə əlaqələrinə görə diqqət çəkib. Eyni siyahıda olan “Stimul Engineering Consulting” şirkətinin tərəfdaşları arasında Rusiya vətəndaşı Ebubekir Vazaev də var. Şirkətin 2021-2023-cü illər arasında EDM maşınları və polad bərkidiciləri Rusiyaya göndərdiyi sənədləşdirilib.
Sanksiyalar türk şirkətləri ilə yanaşı Vyetnam, BƏƏ, Serbiya və Özbəkistanda yerləşən bir sıra digər firmaları da hədəf alıb.
Avropa Birliyinin xarici əlaqələr agentliyi bu paketə Ukraynadakı müharibədə rol oynadığı iddia edilən ümumilikdə 31 şirkət və şəxsləri daxil edib.
Onların yarıdan çoxunun baş ofisi Rusiyada, qalanları isə üçüncü ölkələrdə fəaliyyət göstərir.
Bununla belə, səlahiyyətlilər bu şirkətlərin əvvəlki sanksiyalar paketlərində olduğu kimi fərqli adlar altında yenidən bazara daxil ola biləcəyindən narahatdırlar.
V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью