Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Trampın ətrafı əmindir ki...
...Deməli, Konqresdəki bir sıra respublikaçılar, eləcə də Ağ Ev müşavirləri prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə çağırırlar.
SİA-nın məlumatına görə, bu barədə “Reuters” yazıb. Deyilənlərə görə, Kremlə qarşı sanksiyaların tətbiqi təxirə salınmışdı, niyə?
Çünki, dediyimiz kimi, respublikaçı və müşavirlər Amerika liderinin Rusiya rəhbəri Vladimir Putinlə Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı danışıqların nəticələrinə ümid edirdilər.
Amma məlum olduğu kimi, bu ümidlər doğrlmadı. Yəni Putin, necə deyərlər...“istədiyini edir”..?
Maraqlıdır ki, Tramp da “əntiqə bir əsas” tapıb və sanksiyaların səmərəsiz olduğunu deyir...
...“Reuters” xəbər verir ki, Ağ Ev rəsmiləri Trampın hələ də Rusiya ilə iqtisadi tərəfdaşlığa ümid etdiyini bildirirlər.
Tramp, həmçinin sanksiyaları Rusiya ilə gərginliyin artmasına doğru addım kimi qiymətləndirir və guya bu, Ukraynada atəşkəs ümidlərini puça çıxara bilər.