GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya təyyarəsi Vyetnamda təcili eniş edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Nha Tranqdan İrkutska uçan “Boeing 757” təyyarəsi Hanoidə təhlükəsiz şəkildə eniş edib. 10.600 metrdən çox hündürlüyə çatdıqdan sonra təyyarə dövrə vurub, sonra isə qəza siqnalı verib. Təyyarədə 238 sərnişin və yeddi heyət üzvü olub. Heç kim xəsarət almayıb”, – deyə bildirilib.
Jurnalistlər qeyd ediblər ki, bu, təyyarə ilə bağlı bir həftə ərzində baş verən ikinci hadisədir.
Məlumata görə, “Azur Air” təyyarəsinin mühərrikində nasazlıq yaranıb.
Qedy edək ki, yanvarın 28-də “Mash” Telegram kanalı “Boeing 757” təyyarəsinin 7000 metr hündürlükdə qəza siqnalı verdiyini və təcili eniş etməyə hazırlaşdığını yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az