Rusiyaya xəbərdarlıq: Sərhəddə nəzarət gücləndirildi

12.08.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Estoniya Rusiya üçün sərhəd keçid qaydalarını asanlaşdırmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın daxili işlər naziri İqor Taronun açıqlamasında qeyd olunub.

“Estoniyadan Rusiyaya səyahətin asanlaşdırılması ilə bağlı müsbət jestlər gözləməyə ehtiyac yoxdur”, – nazir vurğulayıb.

Bundan əlavə, nazir qeyd edib ki, mövcud məhdudiyyətlər hələ də aktuallığını saxlayır və ölkənin mövcud təhlükəsizlik siyasətinə uyğundur.

Xatırladaq ki, bundan əvvəl Estoniya hakimiyyəti tam gömrük yoxlaması tətbiq etməklə Rusiya ilə sərhəddə nəzarəti gücləndirib. Həmçinin, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalan malların bu ölkəyə idxalının qarşısını almaq üçün də tədbirlər görülüb.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью