Rusiyda zavodda partlayış Ölənlər var

23.10.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən zavodda baş verən partlayış nəticəsində 9 nəfər həyatını itirib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə məlumatı vilayət qubernatoru Aleksey Teksler verib.

O, “Telegram” kanalında yayılan paylaşımında bildirib ki, hadisə zamanı əlavə 5 nəfər yaralanıb.

Qubernatorun sözlərinə görə, açıq alov artıq söndürülüb, əraziyə su verilib və xilasedicilər tezliklə dağıntıların təmizlənməsinə başlayacaqlar.

Teksler həmçinin vurğulayıb ki, insidentin şəhər sakinləri və digər mülki obyektlər üçün təhlükəsi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью