Ruslan Abışov: “Finala qədər getmək istəyirik”

05.03.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb - 0:2.

Apasport.az xəbər verir ki, matçdan sonra "bozqurdlar"ın məşqçisi Ruslan Abışovun mətbuat konfransı keçirilib.

"Birinci oyunda qələbə qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Matça ciddi hazırlaşmışdıq. Erkən qol komandada bir az arxayınlıq yaratdı. Bu da oyuna təsirini göstərirdi. İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda epizodlar yaradıb daha çox qol vura bilərdik. Artıq bu matçı unudub çempionat oyununa hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik".

- Kurban Berdiyev bu gün cəzalı durumda idi. Tribunadan hansı göstərişləri verirdi?
- Baş məşqçimiz yuxarıdan daha yaxşı görürdü. Göstərişlərini verirdi. Biz də onun dediklərini futbolçulara çatdırmağa çalışırdıq. Əsas odur ki, yarımfinala vəsiqə qazandıq.

- Yarımfinalda rəqibiniz "Qarabağ" və ya "Sabah" olmayacaq. Bu amil finala çıxmaq şansını artırır?
- Bizim üçün kubok çox vacibdir. Düzdür, qarşıda bizi "Zirə" ilə çətin oyunlar gözləyir. Onlar da kuboka iddialıdır. Məqsədimiz finala çıxmaq və kuboku qazanmaqdır.

"Sumqayıt"ın rəhbərliyi araşdırılmalıdır, kluba ayrılan pul hara gedir? Vaqif Cavadov Belçika klubunda "Şəfa"nın prezidenti vəzifəsindən ayrıldı “Şimal”dan yeni transfer Qurban Qurbanov: “Keçmişə qayıtmaq istəmirəm”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью