Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Azərbaycan İnvestisiya Holdinqində rəhbər dəyişikliyi baş verib.
Baş nazir, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədovun qərarı ilə Holdinqin Baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad edilib.
Qərar Holdinqin İdarə Heyətinin sədrinin təqdimatı əsasında qəbul olunub.
Bundan sonra Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq Baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə edilib.
Qərardan irəli gələn məsələlərlə bağlı Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.