Operativmedia saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bodo-Qlimt" "Tottenhem", "Ayaks" deyil ki, "Qarabağ"ın qalib gəlmək şansı olmasın".
Bunu "Operativ Media"ya noyabrın 7-də keçiriləcək "Bodo-Qlimt" - "Qarabağ" matçı haqqında açıqlamasında millinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.
O, Norveç təmsilçisinin sıradan bir komanda olmadığını düşünür. "Norveç təmsilçisi "Bodo-Qlimt" asan rəqib deyil.
Avropa Liqasının Liqa mərhələsində 7 xal toplamağı bacarıblar. Son oyunda "Malmö" ilə 3-3 hesablı heç-heçə ediblər.
Süni örtüklü meydançada oynayacaqlar. "Qarabağ" üçün çətinlik yaratsa da, rəqib bu meydançaya öyrəşib.
Futbolu izləyən azarkeşlər bilir ki, "Bodo-Qlimt" sıradan bir komanda deyil. Öz çempionatlarında və avrokukoblarda yaxşı çıxış edir.
Öz oyun üslubları ilə bunu sübut ediblər". Ruslan Əmircanov "Qarabağ"ın Norveçdən 3 xalla qayıdacağına inanır.