Ruslan Əmircanov: Qarabağın qələbə qazanacağına inanıram

27.11.2024

Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.

Bunu "Operativ Media"ya açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov bildirib.

O, "Qarabağ"ın bu matça daha özgüvənli çıxacağını söyləyib.

"Qarabağ"ın "Bodo-Qlimt"i məğlub etməsindən sonra bu oyuna daha özgüvənli çıxacağını düşünürəm. "Lion" Fransanın güclü komandalarından biri olmasına baxmayaraq, "Qarabağ"ın başa-baş mübarizə aparacağına inanıram.Doğma meydanda oynaması "Qarabağ" üçün bir üstünlükdür. Azarkeşlərin də dəstəyini nəzərə alsaq Azərbaycan təmsilçisinin 3 xal qazanmaq şanslarını yüksək qiymətləndirirəm".

Qeyd edək ki, Avropa Liqasının Liqa mərhələsinin 5-ci tur çərçivəsində keçirilən "Qarabağ" - "Lion" matçı sabah Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью