Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Ruslan Ənvərli Vətəndaş müraciətləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub. İnternetdən sifariş
Qeyd edək ki, R.Ənvərli 2003-2008-ci illərdə Qafqaz Universitetində Menecment ixtisası üzrə bakalavr, 2023-2025-ci illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.
Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.