Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtda baş tutan “Arpaçay Open” beynəlxalq karate turniri çərçivəsində “Combat” Peşəkar Döyüş Liqasının prezidenti Ruslan Məmmədov idmana verdiyi və göstərdiyi töhfələrə görə Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev tərəfindən III dan fəxri qara kəmərlə təltif olunub.
“Qafqazinfo” xəbər verir ki, şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri 30–31 yanvar və 1 fevral tarixlərində Sərhədçilər İdman Mərkızində keçirilib.
Turnirdə 12 ölkədən 100-dən yaxın idmançı iştirak edib.