Ruslan Paşayev 1/16 finalda

14.06.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, mundialın ikinci günündə millimizin daha iki idmançısı tatamiyə çıxacaq.
Dünya çempionatı
Kişilər
66 kq

Mübarizəyə 1/32 finaldan başlayan Ruslan Paşayev (66 kq) ilk qarşılaşmasında Ronald Limanı (Braziliya) məğlub edib. O, ikinci görüşünü italiyalı Matteo Pirasa qarşı keçirəcək.
Qadınlar
52 kq

Gültac Məmmədəliyeva 1/32 finalda Sofiya Asvesta (Kipr) ilə güləşəcək.
Qeyd edək ki, yarışa 13 cüdoçu ilə yollanan millimiz ilk günü medalsız başa vurub. Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) məğlubiyyətə üzülüb. Komandamız mundialda, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью