Ruslan Voronsov “Karvan Yevlax”dan ayrılmasının səbəbini açıqladı

19.09.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Mənim nə rəhbərliklə, nə də “Karvan-Yevlax” futbol klubunun baş məşqçisi Ramiz Məmmədovla heç bir problemim olmayıb. Müqavilənin ləğvi mən tərəfdən irəli sürüldü”.

Bu sözləri “Karvan-Yevlax”la müqaviləsinə xitam verən hücumçu Ruslan Voronsov deyib.

Təcrübəli futbolçu klubdan ayrılma səbəbini və rəhbərliklə olan münasibətlərini aydınlıq gətirib.

“Nə taktikasından, nə də oynatdığı oyundan narazılığım var idi. Mən əvvəl də “Karvan-Yevlax”da oynamışam. Rəhbərlik sağ olsun ki, məni isti qarşıladı və gedəndə də heç bir problem yaratmadı”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.

R.Voronsov karyerasını davam etdirəcəyi yeni klubu da bəlli edib:

“İndi isə “Zəngəzur”a keçirəm, qışa qədər komandaya kömək edəcəyəm”.

Qeyd edək ki, 30 yaşlı hücumçu “Karvan-Yevlax”a bu ilin iyul ayında qoşulmuşdu. Tərəflər arasında imzalanan müqaviləyə sentyabr ayında - cəmi 2 ay sonra qarşılıqlı razılıq əsasında xitam verilib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью