Ruslar Alyaskanı amerikanlara neçəyə SATMIŞDILAR? TARİX

15.08.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bütün dünya bu gecə ABŞ-ın Alyaska ştatında Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında baş tutacaq görüşün nəticələrini gözləyir Alyaskadakı Ankoric şəhərində keçirləcək görüş yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.

Görüşdə əsas müzakirə mövzusu Rusiya-Uktrayna müharibəsi olacaq.
Putin tarixdə Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

Qeyd edək ki, Alyaska vaxtilə Rusiya torpaqları olub.
Modern.az saytı tarixi mənbələrə istinadən xəbər verir ki, Alyaska 1867-ci ildə, Rusiya imperatoru II Aleksandrın zamanında ABŞ-a satılmışdı.
Təklifi ruslar irəli sürmüşdülər və hətta tərəddüd edən amerikalı konqresmenlərə rüşvət də təklif etmişdilər. O zaman Moskva dünyanın ən uzaq guşələrindən birində yerləşən Alyaskanı tez satmağı düşünürdü. Ruslar bu torpaq satışından əldə etdikləri 7 milyon 200 min dollara imperiya daxilində dəmiryolu xətti çəkmişdilər.

Alyaska satıldıqdan qısa müddət sonra amerikalılar burada nəhəng neft ehtiyatları aşkar etmişdilər.
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью