Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı turistlər arasında seks turizmi məqsədilə ən çox seçilən iki ölkə məlum olub. Asiya ölkələri üstünlük təşkil edir.
KONKRET.az xəbər verir ki, Səyahət Agentlikləri Alyansının vitse-prezidenti Aleksan Mkrtçyan aif.ruya bildirib ki, adətən bu siyahıya Tayland və İndoneziya daxildir.
Onun sözlərinə görə, əvvəllər populyar olan Vyetnam artıq bu siyahıda yer almır.
Məlumatda qeyd olunur ki, seks turizmi çərçivəsində turistlər adətən striptiz klublarına baş çəkir, eskort xidmətlərindən istifadə edir və bu məqsədlə təşkil olunan ixtisaslaşmış turlardan yararlanırlar.
Digər ölkələrdən olan turistlər də bu tip istirahət üçün əsasən Taylandı seçirlər. Bundan əlavə, Kuba, Türkiyə, Meksika və Vyetnam da bu sahədə populyar istiqamətlər sırasında göstərilir. Mkrtçyan vurğulayıb ki, rusiyalı səyahətçilər üçün bu siyahı nisbətən daha məhduddur.
Bununla yanaşı, beynəlxalq medianın daha əvvəl “yeni seks turizmi məkanı” kimi təqdim etdiyi Yaponiyada kişilərin intim xidmətlərdən istifadəsinə görə cərimələnməsi məsələsi müzakirə olunur. Bildirilir ki, bu təşəbbüs yerli parlament üzvlərindən biri tərəfindən irəli sürülüb.
Müşviq Tofiqoğlu
KONKRET.az