Ruslar Azərbaycan Evini vurdu FOTOLAR

01.08.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə çoxkambinasiyalı hava hücumu zamanı Azərbaycan Evinə ziyan dəyib.

“Yeni Sabah” AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov danışıb.

O bildirib ki, binanın ön və arxa tərəfdən şüşələri qırılıb, jalüz və mebellər zədələnib, xəsarət alan olmayıb. Dominos pizza

Qeyd edək ki, iyulun 31-də Rusiya 300-dən çox zərbə dronu və 8 raketlə Ukraynaya hava hücumu edib. Əsas hədəf isə paytaxt Kiyev olub. Şəhərdə yaşayış evlərinə, inzibati binalara və infrastruktura ciddi ziyan dəyib. Burada həlak olanların sayı 28 nəfərə çatıb.

Avqustun 1-i Kiyevdə matəm günü elan edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью