Ruslar bir məntəqəni işğal edib, daha səkkizinə doğru irəliləyir

22.11.2024

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Rusiya Federasiyasının qoşunları Ukraynada yeni üstünlüklər qazanıb.
Reyting.az
xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” layihəsinin Telegram kanalında məlumat yayılıb.
Bildirilir ki, Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovski rayonunun Kuraxovskaya şəhər icmasında yerləşən Dalneye kəndini ələ keçirib. Bundan əlavə, rusların irəliləməsi Toretsk və Kuraxovoda, həmçinin Zolotaya Niva, Pustınka, Selidovo, Trudovoy, Antonovka və Dalnıy yaxınlığında da qeydə alınır.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son hesabatında bildirilir ki, gün ərzində cəbhədə 174 hərbi toqquşma baş verib. İşğalçılar ən fəal şəkildə Pokrovski (49 hücum) və Kuraxovski (26 hücum) istiqamətlərində hücuma keçiblər.

E. KAMAL

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью