Ruslar BMT nin maşınlarını vurdu

14.10.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 14-də səhər saatlarında Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətində BMT-nin humanitar yardım maşınlarına hücum edib. 

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlayıb. 

"Bu gün səhər saatlarında Belozersk icmasında Rusiya qüvvələri BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə məxsus yük maşınlarını pilotsuz təyyarələrdən və artilleriyadan atəşə tutub. Xüsusi nişanları olan dörd ağ maşın hərbi texnika deyil, humanitar yardım aparan maşınlardır", - Prokudin "Telegram"da yazıb.

Onun sözlərinə görə, avtomobillərdən biri yanıb, digərinə isə ciddi ziyan dəyib: "Digər ikisi hücumlardan xilas ola bilib. Möcüzə nəticəsində heç kim xəsarət almayıb". 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью