Ruslar bu İESi darmadağın etdi

25.11.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Ruslar Donetsk vilayətinin Kuraxovo şəhərində istilik elektrik stansiyasını (İES) dağıdıblar. Çoxsaylı hücumlar və idarə olunan aviabombalar nəticəsində stansiya bütün borularını və əsas strukturunu itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ukraynalı deputat Viktoriya Qrib yazıb.

“Kuraxovo İES artıq yoxdur. Rusların zərbələrindən sonra stansiyanın boruları belə qalmayıb. Nə vaxtsa regionun enerji təchizatının ürəyi olan stansiyadan yalnız parçalar qalıb”, – Qrib bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью