Ruslar bütün qüvvələri ilə müdafiəni yarmağa çalışır Sırski

12.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda Pokrov istiqamətində üstün canlı qüvvəyə malik düşmənlə şiddətli döyüşlər davam edir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski 38-ci Əlahiddə Briqadasının döyüşçüləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, belə şəraitdə ordu qüvvələri qeyri-standart qərarlar qəbul edir:

“Döyüşlər olduqca şiddətli xarakter alır. Rus işğalçılar bütün mövcud qüvvələri irəli ataraq bizim qoşunların müdafiəsini yarmağa çalışırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью