Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya işğalçı qüvvələri Sum vilayətinin dərinliklərinə doğru irəliləməyə davam edir. Düşmən dörd yaşayış məntəqəsini işğal edib.
Axar.az xəbər verir ki, bunu Sum vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov Feysbuk hesabında bildirib.
"Sum vilayətinin ərazisində Yunakivska icmasının Novenkoye, Basovka, Xotin icmasının Veselovka və Juravka qəsəbələri düşmən nəzarətindədir", - məlumatda vurğulanıb.
Qeyd olunur ki, adıçəkilən kəndlərin sakinləri çoxdan təxliyə edilib. Hazırda orada mülki əhali üçün heç bir təhlükə yoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.