Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Sontsovka kəndini ələ keçirib.Reyting.az xəbər verir ki, bu barədə “DeepState” monitorinq layihəsi məlumat yayıb.Rusların Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsində irəliləməsi də qeydə alınıb.“Düşmən Sontsovkanı işğal edib, həmçinin Novotroitski, Berestki, Zelenovka, Novı Komar, Storojevoy yaxınlığında, Kuraxovo, Puşkino, Daçenski və Vidrodjennidə irəliləyib”, - məlumatda deyilir.Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, günün əvvəlindən, dekabrın 17-si saat 22:00-a olan məlumata görə, cəbhədə 183 hərbi toqquşma baş verib.
Beləliklə, ruslar Xarkov istiqamətində Ukraynanın Volçansk ərazisindəki mövqelərinə basqın edib.
Ukrayna müdafiə qüvvələri rusların irəliləmək cəhdinin qarşısını aldığı bildirilir.ELÇİN Ana səhifəyə dön Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.