Ruslar erməniləri boykot etdilər VİDEO

23.08.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiyaya ixrac üçün göndərilən erməni məhsulları geri qaytarılıb.

Globalinfo.az xəbər verir ki, yüzlərlə yük maşını Yuxarı Larsdan Ermənistana qayıdır.

Bu barədə müxalifətçi deputat Qarnik Danielyan sosial şəbəkə hesabında yazıb.

Sürücülərin sözlərinə görə, onlara keçid məntəqəsindən keçmək qadağası ilə bağlı konkret səbəblər göstərilmir. Yalnız fitosanitar nəzarətlə bağlı problemlərin olduğu vurğulanır.

Xüsusilə, tikinti materiallarını daşıyan yük maşınları problemlərlə üzləşir ki, bu da bu sektor üçün görünməmiş hadisə sayılır. Yüzlərlə yük maşını hələ də qeyri-müəyyənlik içində problemin həllini gözləyir.

Aydındır ki, problem təkcə iqtisadi yox, həm də siyasi xarakter daşıyır”, – Danielyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью