futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Fənərbağça” Rusiyanın ÇSKA klubunun futbolçusu Matvey Kislyakı transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçi üçün Moskva təmsilçisinə müraciət edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. ÇSKA 21 yaşlı futbolçuya görə “Fənərbağça”dan 35 milyon avro tələb edib.
Tərəflər arasında danışıqlar intensivləşib. İstanbul klubu məbləği aşağı salmaq arzusundadır.
Kislyak Rusiya futbolunun perspektivli gənclərindən hesab edilib. O, bu mövsüm 18 matçda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.