Ruslar genişmiqyaslı hücuma hazırlaşır

23.04.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Rusiya ordusu mayın 9-dək Ukraynanın Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədlərinə çatmaq istəyir.
Reyting.az
-ın məlumatına görə, “Uqledar” taktiki qrupu aydınlaşdırıb ki, bu məqsədlə Rusiya qoşunları Donbassın cənubunda “böyük hücuma” hazırlaşır.
Ukrayna tərəfi bildirir ki,16-22 aprel tarixlərində ruslar “Uqledar” taktiki qrupunun cavabdehlik zonasında hücum hərəkətlərini əhəmiyyətli dərəcədə azaldıb - ötən həftəki 158 hücumla müqayisədə, 106 hücum baş verib. Bu, qismən son “Putin atəşkəsi” ilə bağlıdır. Lakin əsas səbəb şəxsi heyəti və təmas xəttində döyüş texnikasını artırmaqdır.
Hərbçilərin məlumatına görə, ruslar PUA-ların Ukrayna mövqeləri üzərində kəşfiyyat uçuşlarının sayını 3 dəfə, artilleriya hücumlarının sayını və idarə olunan aviasiya bombalarından istifadənin sayını 2,5 dəfə artırıb.
Bundan əlavə, “Uqledar” taktiki qrupu bildirir ki, qarşı tərəf növbəti hücumun uğurlu olması üçün əlindən gələni edir.

ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью