Ruslar görün hansı təyyarələrdə uçurlar...

06.02.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Dövlət Aviasiya Nəzarətinin rəhbəri Vladimir Kovalçski bildirib ki, ölkədə texniki nasazlığı olan, baxımı tam başa çatmayan və ya qüsurları aradan qaldırılmayan təyyarələr kütləvi şəkildə uçuşlara buraxılır.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, yoxlamalar zamanı tez-tez texniki işlərin formal şəkildə yerinə yetirilməsi halları aşkarlanır.

Kovalçski qeyd edib ki, bəzi mütəxəssislər ehtiyat hissələrinin dəyişdirilməsinə qoyulan qadağalara əməl etmir, təyyarələrin konstruktiv təmirini gecikdirir və texniki işlər zamanı tələb olunan şəraitə məhəl qoymurlar. Bu isə uçuş təhlükəsizliyi üçün ciddi risk yaradır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью