Ruslar hərbi hissədən qaçan fərari tutublar

29.12.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Yayda hərbi hissədən qaçan leninqradlı Sankt-Peterburqda saxlanılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə 78.ru portalı məlumat yayıb.

39 yaşlı kişi dekabrın 28-i saat 21:40-da yaxalanıb.

Saxlanılan şəxs öz bölməsini və ya xidmət yerini icazəsiz tərk etməkdə ittiham olunaraq federal axtarışdaymış.

İyun ayında Daxili İşlər Nazirliyinin məlumatına görə, o, Sankt-Peterburqda yerləşən hərbi hissədən qaçıb.

Fərari dekabrın 24-də Rusiya Daxili İşlər Nazirliyi tərəfindən Nevski rayonu üzrə axtarışa verilib.

Kişi Şimal paytaxtının 75-ci polis bölməsinə aparılıb.

Bundan əvvəl Leninqrad vilayətində modul tipli binanı yandıran şəxs saxlanılıb.

Nazlı Almuradova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью