Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Rusiyanın avtoritar və işğalçı rəhbərliyinə ünvanladığı tərifli bəyanatı ilə növbəti dəfə çaş-başlıq yaradıb.
Bu dəfə Ağ Ev rəhbəri bəyan edib ki, Rusiya istəsə, Kiyevi tamamilə məhv edə bilər.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, Tramp Putinə ruh verən bu sərsəm fikirləri dünən - fevralın 18-də jurnalistlərlə söhbətində ifadə edib.
"Ölkə amansızcasına bombalanıb. Bir çox şəhərlər xarabalığa çevrilib. Binalar dağıdılıb", - Amerika lideri deyib.
Onun fikrincə, ruslar Kiyevi dağıtmaq istəmirdilər, çünki “istəsəydilər, bunu edərdilər”.
Yeri gəlmişkən, Ukraynanın əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edildiyi bir vaxtda Tramp belə deyib: "Kiyevdə bu cür deyil.
Məncə, onlar oraya çoxlu raket buraxmaq istəmirlər. Məhv etdilər, amma 100% yox. Əgər 100% dağıtmaq istəsəydilər, bunu edərdilər.